Regionlarda(Gəncə) yaşayan qadın sahibkarların inkişafı
Deadline: 2 İyun
⚡Regionlarda yaşayan fermer və sahibkar qadınların inkişafını hədəfləyən, @usaid_azerbaijan özəl sektorun inkişafı layihəsinin dəstəyi ilə həyata keçirilən proqrama start verildi!
İlk olaraq Gəncə regionunu əhatə edən proqramda Tovuz, Ağdam, Gəncə, Gədəbəy, Goranboy rayonlarından fermer və sahibkar qadınlar iştirak etdilər. Təlimlər zamanı rəqəmsal bacarıqlarının və komputer biliklərinin artırılmasına fokuslanan mövzulara toxunuldu.
▪️1-ci gün mövzular:
Korporativ mail yazılması, mail yazı tərzinin formalaşdırılması;
Platformalar üzərindən düzgün araşdırma aparılması, araşdırma kanallarından istifadə;
SWOT analiz edilməsi;
Açar sözlərdən istifadə;
Biznes analizi və data toplanması.
▪️2-ci gün mövzuları:
Google alətlərinin tətbiqi üzərə iş;
Sosial media marketinq;
Facebook istifadəsi və səhifə yaratmaq;
Facebook reklamlar üzərində iş;
Onlayn ticarətin öyrənilməsi.
▪️3-cü gün mövzuları:
Biznes təqdimatı edilməsi və biznes alətlərindən istifadə;
PowerPoint, Google slayd və Canva üzərində işləmə bacarıqlarının formalaşdırılması;
Müxtəlif sosial media platformalarının istifadə qaydası;
Sosial mediada paylaşım etməyin texniki əsaslarının öyrənilməsi;
Kontent hazırlanmasının öyrənilməsi;
Post planın hazırlanması və kreativ ideya formalaşdırılması;
Qeyd edək ki, ümumi olaraq 20 iştirakçı eləcə də təlimçi və mentor heyəti ilə birlikdə 3 günlük təlim müddəti başa çatdı.