Her improvement 2

Deadline: .


Tərəfdaşımız Azercell MMC ilə təqdim etdiyimiz "Her Improvement" layihəsinin növbəti uzun müddətli proqram həyata keçirildi.

“Her Improvement” qadınlarda təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap, netvörkinq mövzularında düşüncə tərzinin aşılanması və biliklərə yiyələnməsi ilə idealarının reallaşması üçün təşkil olunan inkişaf proqramıdır.

Noyabr 2022 - Aprel 2023 müddətini əhatə edən ikinci proqramda iştirakçılara qatdığımız dəyərlər:

- Müasir texnologiyaları əhatə edəcək təlimlərdə iştirak;
- Biznes mövzularını əhatə edəcək təlimlərdə iştirak;
- Proqramlaşdırma dərslərində iştirak;
- Startap ideyalarınızın inkişafı üçün inkubasiya proqramı;
- Peşəkar mentorlarla görüşlər;
- Yerli və beynəlxalq bazarda real təcrübəsi olan IT liderləri və startap təsisçiləri ilə görüşlər;
- Öyrəndiklərinizi praktiki olaraq icra etmək şansı;
- Professional əlaqələr;
- Kiçik hədiyyələr, həmçinin qalib komanda üçün pul mükafatı.