Loading...
leaf-front
leaf-middle
leaf-back
Menu

"Uşaq Hüquqları" Hakatonu

"Uşaq Hüquqları" Hakatonu

"Uşaq Hüquqları" Hakatonu

“Uşaq hüquqları” hakatonu 20-21 noyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Unicef Azərbaycan, “Regional İnkişaf” İctimai Birliyi və FemTech`in birgə təşkilatçılığı ilə keçiriləcək.

Hakatonun məqsədi uşaq hüquqları ilə bağlı maarifləndirməni həyata keçirmək, bu sahədə mövcud problemlərin innovativ yollarla həllini təşviq etmək, həmçinin hakaton iştirakçılarına komandada işləyərək son texnologiyalar və yenilikləri sınaqdan keçirmək imkanı yaratmaqdır.

İştirakçılar 24 saat ərzində bu sahədə mövcud problemlərin həllinə yönəlmiş innovativ yolları tapmağa çalışacaqlar. Hər biri 4 nəfərdən ibarət olacaq komandalar verilən müddət ərzində mentorların dəstəyi ilə ideyalarını layihə şəklində formalaşdıracaqlar.

Hakatonun mövzuları: Təhsil hüququ; Sağlamlıq hüququ; Zorakılıqdan müdafiə hüququ; Ailədə yaşamaq və tərbiyə almaq hüququ.    

Hakatonda Uşaq hüquqları haqqında məlumatlı olan, innovativ düşüncəli, təşəbbüskar, komandada işləməyi bacaran, motivasiyalı 10-16 yaşlı uşaqlar/məktəblilər iştirak edəcək.

İlk 3 yeri tutan komandanın hər bir üzvünə aşağıdakı mükafatlar təqdim ediləcək:  

1-ci yer - kompüter    2-ci yer - planşet    3-cü yer - ağıllı saat   

 

*Ətraflı Məlumat üçün