Loading...
leaf-front
leaf-middle
leaf-back
Menu

"Her Improvement" - 2. mərhələ

"Her Improvement" - 2. mərhələ

"Her Improvement" - 2. mərhələ

  “Her Improvement” proqramının ikinci mərhələsində valideynlər ilə görüş baş tutdu. 11 dekabr, 2021-ci il tarixində FemTech şirkətinin təşkilatçılığı, Kontakt Home @kontakt_home mağazalar şəbəkəsinin dəstəyi ilə 25 nəfər 12-16 yaşlı qızlar üçün təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap, netvörkinq mövzularını əhatə edən “Her Improvement” proqramının ikinci mərhələsi reallaşdı. Bir illik inkişaf proqramı olan “Her Improvement” proqramının növbəti mərhələsində iştirakçıların valideynləri ilə peşəkar biznes ekspert və psixoloq iştirakı ilə görüş keçirildi. ▫️Görüşün məqsədi bir il ərzində davam edəcək proqramın detalları və inkişaf prosesi haqqında valideynləri məlumatlandırmaq və bütün suallarının cavablandırılması idi. Valideynlərlə qızların texnologiya sahəsində qarşılaşdıqları prolemlər, prespektivlər və valideyn-övlad münasibəti, onların bu yaş dönəmində dəstəklənmələrinin önəmi haqqında danışıldı.