

İrem Bayraktar ilə müzakirə görüşü
Biz FemTech olaraq, İrem Bayraktar ilə görüşdük! Biz Azərbaycan və Türkiyə İnnovasiya Ekosistemində qadın sahibkarlarının rolunu, problemlərini və birlikdə görə biləcəyimiz potensial işləri müzakirə etdik.
İrem Bayraktar 2019-2021-ci illər arasında Türkiyə Texnologiya Komandası Vəqfinin sahibkarlıq, biznesin inkişafı və könüllülük proseslərinin koordinasiyasını həyata keçirmiş, 2021-ci ildən isə vəqfin sahibkarlıq fəaliyyətini həyata keçirən T3 Sahibkarlıq Mərkəzinin koordinatoru vəzifəsini davam etdirir. O, eyni zamanda TEKNOFEST-in İdarə Heyətinin üzvüdür.