Loading...
leaf-front
leaf-middle
leaf-back
Menu

Her Improvement-qadınlar üçün inkişaf proqramı

Her Improvement-qadınlar üçün inkişaf proqramı

Her Improvement-qadınlar üçün inkişaf proqramı

Regionlarda yaşayan gənc qadınlar üçün üçün əla fürsət!

Tərəfdaşımız Azercell ilə təqdim etdiyimiz "Her Improvement" layihəsinin növbəti uzun müddətli proqramına qəbul başlayır.

Elə indi komandanız ilə müraciət edin! 

 

“Her Improvement” qadınlarda təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap, netvörkinq mövzularında düşüncə tərzinin aşılanması və biliklərə yiyələnməsi ilə idealarının reallaşması üçün təşkil olunan inkişaf proqramıdır.

 

Qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmiş bu inkişaf proqramında iştirak şansını qaçırmayın!

 

İndi isə layihə nəznində yenilənmiş formada başlayacaq və Noyabr 2022 - Aprel 2023 müddətini əhatə edəcək proqramda sizi nələr gözləyir?:

- Müasir texnologiyaları əhatə edəcək təlimlərdə iştirak;

- Biznes mövzularını əhatə edəcək təlimlərdə iştirak;

- Proqramlaşdırma dərslərində iştirak;

- Startap ideyalarınızın inkişafı üçün inkubasiya proqramı;

- Peşəkar mentorlarla görüşlər;

- Yerli və beynəlxalq bazarda real təcrübəsi olan IT liderləri və startap təsisçiləri ilə görüşlər;

- Öyrəndiklərinizi praktiki olaraq icra etmək şansı;

- Professional əlaqələr;

- Kiçik hədiyyələr, həmçinin qalib komanda üçün pul mükafatı.

 

Layihəyə kimlər müraciət edə bilər?:

- 16-29 yaş aralığı;

- Qadınlardan ibarət 5 nəfərlik komandalar;

- 6 ay müddətində aktiv iştirak edə bilən;

- Təşəbbüskar, yeniliyə açıq, öyrənmə həvəsi olan və startap ideyası olan komandalar.

 

İştirak tam ödənişsizdir!

Qeyd: regionlarda yaşayan gənclərə üstünlük veriləcək. 

Təlimlərin böyük hissəsi onlayn formatda baş tutacaq.  

 

Qeydiyyat üçün son tarix: 20 Noyabr, 23:00

Qeydiyyat linki

Rəqəmsal dünyada birlikdə inkişaf edək!

#herimprovement #femtechaz #azercell #inkişafproqrami #startup #technology