Qadınların STEM-də

Qadınların STEM-də

Tərəfdaş olduğumuz “Qadınların STEM-də” lahiyəsi çərçivəsində Safavy.org online tehsil platformasında ödənişsiz STEM kursları istifadəyə verildi. Bu kursların əsas məqsədi BMT-nin İnkişaf Proqramı @undpazerbaijan “Qadınlar STEM-də” layihəsi çərçivəsində qadınların STEM potensialının aşkarlanmasından ibarətdir. STEM Kurslarının aktivləşdirilməsinin ilkin fazası bu görüşdə müzakirə edildi.

Layihənin əsas məqsədi elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində xüsusən regionda yaşayan qızların marifləndirilməsi və aktivliklərinin artırılması, bu sahələrdə karyera imkanlarına dair biliklərin ana dilində öyrədilməsi, gənc nəslin düzgün məlumatlandırılması və istiqamətləndirilməsinə nail olmaqdır.